Naxçıvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

4 Noyabr 2024 14:57 (UTC+04:00)

Naxçıvan şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb. SİA xəbər verir ki, hadisə otən gecə şəhərin Babək məhəlləsində qeydə alınıb.

Məlumata görə, Əzimov Nurəddin Əli oğlunun idarə etdiyi 67-BB-955 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Həşimova Fatma Kazım qızını vurub.

Xəsarət alan F.Həşimova Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.