Sumqayıtda ev yanıb, xəsarət alan var

4 Noyabr 2024 12:46 (UTC+04:00)

Sumqayıt şəhərində yanğln olub. SİA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 250 m² olan birmərtəbəli 5 otaqlı evin bir otağının yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.