Zərdabda oğurluq etmək istəyən şəxs saxlanılıb

4 Noyabr 2024 09:11 (UTC+04:00)

Zərdabda ödəmə terminalından oğurluq etmək istəyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 27-də gecə saatlarında rayon ərazisində yerləşən obyektlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Nicat Gülmalıyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.