ABŞ-da Qərbin Putinə necə xeyir verdiyini deyirdilər

3 Noyabr 2024 19:37 (UTC+04:00)

...Kiyevin müttəfiqləri arasında fikir ayrılıqları Rusiya prezidenti Vladimir Putinin xeyrinədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN yazır. ...Qərbdə birlik yoxdur, Qərb və Kiyevin arzu olunan məqsədlə bağlı fikirlərində aydın oxşarlıq yoxdur. Putinin Ukraynadakı hərəkətlərinə yenidən baxmağa əsas yoxdur.

Qeyd edək ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Tomas Qrem deyib.

Nəşr qeyd edir ki, Ukraynadakı münaqişə Moskva ilə Qərbin qarşıdurmasıdır.

Britaniyalı analitik Con Lounun qeyd etdiyi kimi, Rusiyanın Ukraynadakı hərəkətləri Vaşinqtonun dünyada təsirini azaltmaq üçün bir vasitədir.

...Oktyabrın 31-də Macarıstanın baş naziri Viktor Orban Vyanada “Avropada sülh” müzakirəsində çıxışı zamanı bildirib ki, Avropa İttifaqı ölkələrinin Moskva ilə Ukrayna münaqişəsi ilə bağlı danışmadıqları ilə fəxr edirlər.

Vyanada keçirilən konfransda Almaniyanın keçmiş kansleri Gerhard Şröyder də çıxış edib.

O, çıxışında vurğulayıb ki, Qərb dövlətləri Ukraynaya silah verməklə Rusiyaya təsir edə bilməyəcək, ona görə də Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan başqa heç nə qalmayıb.

Əli Babayev