...Dörd yaşlı qız ağır vəziyyətdə Sankt-Peterburq xəstəxanasına yerləşdirilib.
SİA rus saytlarına istinadən xəbər verir ki, uşaq təcili olaraq reanimasiyaya yerləşdirilib.
Həkimlər qızın ağır alkoqoldan zəhərləndiyini müəyyən ediblər.
Fövqəladə hadisə noyabrın 3-nə keçən gecə baş verib.
Körpə təcili yardım maşını ilə gətirilib.
Valideynlər izah etdilər ki, qızı guya evdə 100 ml konyak içib, bundan sonra vəziyyəti kəskin şəkildə pisləşib.
İndi polis məsələni araşdırır.
Bundan əvvəl Sankt-Peterburqda bir yaşlı uşağın efir yağından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilirdi. Peterqofda isə körpə həkimin təyin etdiyi dərmanı qəbul etdikdən sonra komaya düşüb.
Nazlı Almuradova