Xarici işlər naziri Hakan Fidan beynəlxalq sistemdə layiq olduğu mövqeyə çatmaq üçün Türkiyənin Afrikanı dəstəklədiyini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Cibutidə keçirilən III Türkiyə-Afrika Tərəfdaşlığı Nazirlər İcmal Konfransının açılışında çıxış edən türkiyəli nazir deyib: “Türkiyə G20-də Afrika Birliyinin daimi üzvlüyünü hər zaman dəstəkləyib. Cənubi Afrikanın 2025-ci ildə G20 dövri sədrliyi qitə üçün qlobal prioritetlərini ifadə etmək üçün böyük bir fürsətdir.
Türkiyə Afrikanın beynəlxalq sistemdə layiq olduğu mövqeyə yiyələnməsini güclü şəkildə dəstəkləyir. Afrikanın səsinin eşidilməsini istəyir.
Beynəlxalq sistem hazırda bərabərsizlik və ədalətsizliklərə effektiv cavab verə bilmir. Bu, böyük bir etibarsızlıq problemini ortaya qoyub. O, artıq dünyanın çox böyük bir hissəsi üçün sülh, sabitlik və ədaləti təmin edə bilməz. Yaxın Şərqdə humanitar fəlakət, İsrailin Fələstin xalqına qarşı soyqırım cinayətləri davam edir. Bu hədsiz təcavüz geniş regional sabitliyi pozur və beynəlxalq nizama təhlükədir. İsrailə qarşı məcburedici tədbirlər həyata keçirilməlidir. Türkiyə İsrailə qarşı silah sanksiyasına çağıran təşəbbüs irəli sürüb.
Biz Afrikanın da Fələstin davasına dəstəyinin davam edəcəyinə və İsraili dayandırmaqda çox mühüm rol oynaya biləcəyinə inanırıq. Fələstinlilərin yanında olan Afrika ölkələrini yüksək qiymətləndiririk.
Fələstin xalqını təmin edəcək iki dövlətli həll üçün daha çox çalışmağa hamımızın mənəvi məsuliyyəti var. Cənubi Afrikanın İsrailin soyqırımına qarşı Beynəlxalq Məhkəməyə müraciəti bu mənada Afrikadan güclü mesajdır”.