Mahir Emreli Bundesliqada növbəti qolunu vurub

3 Noyabr 2024 19:05 (UTC+04:00)

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti qolunu vurub.

SİA xəbər verir ki, 27 yaşlı forvard Almaniya II Bundesliqasının XI turu çərçivəsində “Hamburger”lə keçirilən görüşün 63-cü dəqiqəsində fərqlənib.

M. Emreli daha əvvəl IX turda “Qroyter”lə , X turda “Reqensburq”la və Almaniya Kubokunda “Hoffenhaym”la oyunlarda da fərqlənmişdi.