...Bu arada ekspert dietoloq Meqan Ruzvelt evdar qadınlar arasında məşhur olan turşuların hansı xəstəliklərə kömək etdiyini izah etdi.
Turşularda qida maddələri az olsa da, tərkibində natrium və faydalı bakteriyalar var. Bununla əlaqədar olaraq, bu məhsul sağlamlığa faydalı təsir göstərə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Medical Insider yazır.
Məsələn, turşular probiyotik kimi çıxış edə bilər. Onlar mikrobiomu qorumağa və bağırsaqlarda faydalı mikroorqanizmlərin böyüməsini dəstəkləməyə qadirdirlər. Bu da öz növbəsində orqanizmə qəbizlik, ishal və hətta Crohn xəstəliyi kimi bəzi xroniki xəstəliklərlə mübarizə aparmağa imkan verir.
Bundan əlavə, əvvəlki tədqiqatlar turşuların psixi sağlamlığı yaxşılaşdırdığını və depressiya eləcə də narahatlıqdan qurtulmağa kömək etdiyini müəyyən edib.
Onlar kariyes və diş əti iltihabını aradan qaldırmağa, diabet və allergiyanı idarə etməyə, sidik yolları infeksiyalarının simptomlarını aradan qaldırmağa kömək edir.
...Turşular hətta kolon xərçəngi kimi bəzi xərçəng növlərinin riskini azalda bilər. Onlar həmçinin elektrolit balansını bərpa edir və əzələ kramplarını aradan qaldırır.
Bununla belə, turşu yemək hər kəs üçün faydalı deyil. Həkimlər bu məhsulu hipertoniyadan əziyyət çəkən, immun sistemi zəif olan və ya hamilə olan insanlara tövsiyə etmir.
Nazlı Almuradova