Bir müddət bundan əvvəl, səhər çağı Braziliyanın Manaus şəhərinin 73 yaşlı sakini Antonio Luis Laqi avtomobilində çağırılmamış qonağı aşkarlayıb.
Həkim qəbuluna getməyə hazırlaşan braziliyalı, maşınının sürücü qapısını açanda sükandan tərs-tərs asılı olan tənbəl görüb. Maraqlıdır ki, qoca tənbəlin maşına necə daxil olduğuna təəccüblənib.
Qeyd edilməlidir ki, avtomobil sahibinin yaşadığı ərazi Amazon tropik meşələrinə yaxınlığı ilə məşhurdur.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Antonionun oğlu Bruno tapıntının videosunu sosial şəbəkələrdə yerləşdirib və heyvanın avtomobilə necə girə biləcəyini izah edib.
...Adətən gecələr istidən atam maşının pəncərəsini açıq qoyur. Səhər getmək istəyəndə maşının içərisində tənbəl tapıb.
Maraqlıdır ki, materialı dərc edən nəşr artıq bir milyon yarımdan çox baxış və 200 minə yaxın bəyənmə toplayıb. Şərhlərdə insanlar zarafatla deyirlər ki, tənbəl maşın oğurlamağa çalışıb, amma vaxtı olmayıb.
...Bir şey etmək istəyəndə bu sənsən, amma tənbəllik buna mane olur.
Bunu da başqa biri yazıb.
Avtomobilin qapısını açan Antonio heyvanı təbiətə qaytarıb.
Nazlı Almuradova
P.S: ...qeyd edək ki, “tənbəl” adlandırılan bu heyvanlar dişsizlər dəstəsindən məməlilərin alt sırasına daxildirlər. Dəstənin nümayəndələri enerjiyə qənaət edən hərəkət və lənglik üsulu ilə xarakterizə olunur, tək həyat tərzi keçirir və nadir hallarda bir-biri ilə qarşılaşırlar, lakin görüşəndə mehriban olurlar.