Nərimanov rayonunda təkər və məişət tullantıları yanıb

3 Noyabr 2024 13:40 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərmanov rayonu ərazisində təkər və məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub. Bu barədə SİA-ya FHN-dən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.