İranda güclü zəlzələ olub

3 Noyabr 2024 08:02 (UTC+04:00)

İranın şimalında, Semnan əyalətində yerləşən Germsar şəhəri Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, təkanlar yerin 11 kilometr dərinliyində qeydə alınıb.

Germsarın prefekti Rza Hani hadisə ilə əlaqədar bir neçə yaşayış binasında elektrik enerjisinin və internetin kəsildiyini bildirib.

İranın digər agentliyi olan IRIB-in məlumatına görə, zəlzələ Tehranda, eləcə də onun ətrafı - Kerec şəhərində hiss olunub.

Agentliyin məlumatına görə, yeraltı təkanlar Tehran yaxınlığındakı eyniadlı vilayətin inzibati mərkəzi olan Qum şəhərində də hiss olunub.

Zəlzələlər nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.