Bu ölkə Ukraynaya JDAM-ER komplekslərini verdi

3 Noyabr 2024 02:45 (UTC+04:00)

Avstraliya Ukraynaya istismardan çıxarılaraq modifikasiya edilmiş JDAM-ER (Joint Direct Attack Munition Extended Range) dəqiq bombalama komplektlərini verib. SİA xəbər verir ki, bu barədə “Australian Defence Magazine” nəşri məlumat yayıb.

Həmçinin qeyd olunur ki, bu silahın nə vaxt və hansı miqdarda təqdim edildiyi məlum deyil.

Daha əvvəl Avstraliyanın Baş nazirinin müavini Riçard Marlz bildirib ki, Kanberra yeni hərbi yardım paketi ilə Kiyevə təxminən 164 milyon dollar dəyərində dəstək göndərir. Bu paket çərçivəsində Ukrayna Avstraliya Müdafiə Nazirliyi tərəfindən istismardan çıxarılan 49 ədəd “M1A1 Abrams” tankını alacaq.

Rəsmi şəxslər qeyd edib ki, verilən döyüş maşınlarının bəziləri nasazdır və ehtimal ki, digər tanklar üçün ehtiyat hissələri kimi istifadə olunacaq.