...Böyük qardaşını kürəklə döyərək öldürən Şimal paytaxtının sakini Sankt-Peterburqda məhkəmə qarşısına çıxarılacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, iş üzrə 43 yaşlı müttəhimin artıq bir məhkumluğu var.
Sankt-Peterburq prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, hadisə 2024-cü il avqustun 9-da axşam Utina küçəsindəki fərdi evlərdən birində qeydə alınıb. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs kürəklə böyük qardaşına azı 11 zərbə vurub.
Döyülən şəxs avqustun 17-də xəstəxanada ölüb.
Deməli, təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün o, evin həyətində “sevimli” pişiyini basdırmaq üçün çuxur qazırmış və bu zaman oradan keçən qardaş heyvanın ölümünə lağ etməyə başlayıb.
Nəticədə pişiyi ölən qardaş qəzəblənib və çala qazdığı kürəklə qardaşına hücum edib.
...Təbii ki, kürək dedikləri, dəmir “lopatka” olub və qardaşa endirilən zərbə onun ölümünü gətirib.
Nazlı Almuradova