...Rusiya hakimiyyəti kərə yağının qiymətinin aşağı salınması üçün tədbirlər görməyi planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, “İzvestiya” Kənd Təsərrüfatı Nazirliyi və Avrasiya İqtisadi Komissiyası ilə əlaqəli mənbələrə istinadən xəbər verir ki, beləliklə, ölkə məhsulların idxalına görə rüsumların müvəqqəti ləğvinə müraciət edə bilər.
Kənd Təsərrüfatı Nazirliyi digər ölkələrdən kərə yağının idxalını artırmaq üçün addımlar atdıqlarını qeyd edib. Rosselxoznadzor artıq Hindistan və İrandan tədarük açıb. Nəşr qeyd edir ki, bu, artıq topdansatış seqmentində qiymətlərin aşağı düşməsinə səbəb olub.
Əli Babayev