Türkiyənin oktyabr ayına dair ixrac göstəriciləri açıqlanıb

2 Noyabr 2024 20:46 (UTC+04:00)

Türkiyənin ticarət naziri Ömer Bolat oktyabr ayında həyata keçirilən ixracat əməliyyatları ilə bağlı məlumat verib.

SİA-nın əldə etdiyi məlumata görə, Ömәr Bolat deyib: "Oktyabr ayında ixrac sahəsində rekorda imza atdıq. İxracımız keçən ilin eyni ayı ilə müqayisədə 3,6 faiz artaraq 23,6 milyard dolları keçdi. 2024-cü ilin ilk 10 ayında həyata keçirilən ixrac isə keçən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 216,4 milyard dollara çatıb''.