"Qərbi Azərbaycana qayıdanadək bu istiqamətdə yazıb-yaradacağıq"

2 Noyabr 2024 20:35 (UTC+04:00)

Çox qürurluyam, eyni zamanda, həyəcanlıyam. Beynəlxalq Muğam Mərkəzində keçirilən yaradıcılıq gecəsini mənim hesabatım kimi qəbul edə bilərsiniz. Qürurluyam ki, bu gün sözə, elmə dəyər verilir.

SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mahirə Nağıqızı söyləyib.

O deyib: "Qərbi Azərbaycan İcmasının üzvü olaraq, Qərbi Azərbaycana qayıdana qədər Ali Baş Komandanımızın rəhbərliyi ilə bu istiqamətdə yazıb-yaradacaq, tədqiqatlar aparacaq və sonrakı nəsillərin maariflənməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bu missiyanı şərəflə və daha böyük məsuliyyətlə daşımaq borcumdur”.