Yaponiyanın vəliəhd şahzadəsi Fumihito və vəliəhd şahzadə Kiko, 2024-cü ilin dekabrında Türkiyəyə səfər edəcək. SİA xəbər verir ki, bu səfər, Türkiyə və Yaponiya arasında ikitərəfli diplomatik əlaqələrin qurulmasının 100 illiyi münasibətilə ikitərəfli əlaqələrin gücləndirilməsi məqsədini daşıyır.
Yaponiya İmperatorluq İşləri Agentliyinin (Kunaicho) verdiyi məlumata görə, vəliəhd şahzadəsi Fumihito və şahzadə Kiko 3-8 dekabr tarixləri arasında Türkiyədə olacaqlar. Cütlüyün dekabrın 4-də Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.
Səfər çərçivəsində vəliəhd şahzadəsi Fumihito və şahzadə Kiko, daha sonra İstanbula gedərək 1890-cı ildə Yaponiyada batmış "Ərtoğrul" freqatı ilə bağlı sərginin keçiriləcəyi muzeyi ziyarət edəcəklər. Qeyd edək ki, 58 yaşlı Fumihito, 2019-cu ilin mayında taxta çıxan Yaponiyanın 126-cı imperatoru Naruhitonun qardaşıdır.