“ASAN xidmət” mərkəzlərində alternativ enerjidən istifadə olunacaq

2 Noyabr 2024 15:22 (UTC+04:00)

“ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsi ilə bağlı noyabrın 2-də təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev iştirak ediblər.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda elan edilmiş 2024-cü il - "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində reallaşdırılan təşəbbüslər ekoloji davamlılıq və yaşıl texnologiyaların xüsusi önəmi nəzərə alınmaqla reallaşdırılır. Həmçinin Azərbaycan, 2030-cu il Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlərin 5-ci prioriteti olan “Təmiz ətraf mühit və yaşıl artım” hədəfinə də xüsusi önəm verilir.

​Layihənin tezliklə bütün “ASAN xidmət” mərkəzlərinin inzibati binalarında və dayanacaq yerlərində reallaşdırılması nəzərdə tutulur.