Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev 2008-ci il müharibəsinə görə yalnız Saakaşvilinin məsuliyyət daşıdığını deyib. SİA xəbər verir ki, o, bu barədə RT-yə müsahibəsində danışıb. "Biz tarixən qonşuyuq. Eyni inancımız, eyni tariximiz var. Tarix boyu gürcülərə dəfələrlə kömək etmişik. Bəli, bu hadisə olub, amma buna görə məsuliyyət daşıyan başqası deyil, məhz prezidentdir", - deyə Medvedev qeyd edib.
Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında müharibə baş verən zaman Rusiyada prezident vəzifəsini Dmitri Medvedev, Gürcüstanda isə Mixail Saakaşvili icra edib.