Rusiyanın Müdafiə Nazirliyi 26 oktyabr - 1 noyabr 2024 tarixləri arasında Ukraynada 12 yaşayış məntəqəsinin nəzarət altına alındığını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, onlar Xarkovdakı Kruqlyakovka və Donetskdəki digər yaşayış məntəqələrinin ələ keçirildiyi bildirilib. Bundan əlavə, Ukraynanın hərbi infrastrukturuna qarşı yüksək dəqiqlikli hücumlar həyata keçirilib. Enerji obyektləri, hava limanları, dəmir yolu nəqliyyatı və pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzləri hədəf alınıb.
Açıqlamada müharibənin başlanğıcından bəri Ukrayna ordusuna aid çox sayda hava vasitəsi, tank və zirehli texnikanın məhv edildiyi, son dövrlərdə isə 54 əsgərinin əsir alındığı qeyd olunub. Ukrayna ordusunun həmçinin ciddi itkilər verdiyi vurğulanıb.