“OpenAI” şirkəti süni intellekt söhbət robotu “ChatGPT”də "SearchGPT" adlanan axtarış mühərriki xüsusiyyətini işə salıb. Şirkət tərəfindən edilən açıqlamada süni intellekt texnologiyasının artıq əvvəlkindən daha yaxşı şəkildə internetdə axtarış edə biləcəyi bildirilib.
Əvvəllər sürətli cavab əldə etmək üçün bir axtarış mühərrikindən istifadə edilməli olduğuna işarə edilərkən artıq əlaqədar mənbələrə keçidlərin birbaşa proqram vasitəsilə əldə edilə biləcəyi qeyd olunub.
SİA xəbər verir ki, “ChatGPT”nin soruşulan suala görə internetdə axtarış apara biləcəyi və ya veb axtarış simvoluna kliklənərək şəxsiləşdirilmiş axtarışın seçilə biləcəyi çatdırılıb. Axtarış funksiyasının “chatgpt.com” ünvanında, həmçinin masaüstü və mobil tətbiqlər halında mövcud olacağı bildirilib və bütün üst səviyyə və “SearchGPT” gözləmə siyahısındakı istifadəçilərin bu yeni xüsusiyyətdən yararlana biləcəyi vurğulanıb. Açıqlamada yeni xüsusiyyətin gələn aylarda pulsuz versiya istifadəçilərinə də açılacağı bildirilib.
Hava proqnozu, birja, idman, xəbərlər və xəritələr kimi kateqoriyalar üçün yenilənmiş məlumatlar və vizual materiallar əlavə etmək məqsədilə təminatçılar ilə əməkdaşlıq qurulduğu, söhbətlərin artıq keçidlərlə göstəriləcəyi vurğulanıb.