“AJet” ilk beynəlxalq mükafatını qazandı.
SİA xəbər verir ki, şirkət tərəfindən verilən açıqlamaya görə, sərnişinlərin təcrübəsinə əsalanan aviasiya sektorunun aparıcı təşkilatlarından Hava Nəqliyyatı Sərnişin Təcrübəsi Dərnəyi (APEX) dünya üzrə 1 milyon qiymətləndirmə əsasında “AJet”i "Dörd ulduzlu aşağı büdcəli aviareys" kateqoriyasında mükafatlandırıb. Onlar bu kateqoriyada mükafat alan yeganə türk markası oldu.
Yeni adı ilə ilk uçuşunu 31 mart tarixində həyata keçirən və Türkiyənin yeni hava yolu şirkəti olan “AJet” quruluşundan yeddi ay sonra ilk beynəlxalq mükafatını qazanıb.