Vətəndaşlar və tədbir iştirakçıları konfrans günlərində adi taksilərdən istifadə edə bilərlər.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri (AYNA) Anar Rzayev “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə bildirib.
AYNA-nın sədri əlavə edib ki, həmin taksilərin COP29 zolaqlarına daxil olmasına məhdudiyyət tətbiq ediləcək.
“COP29 iştirakçılarının rahat hərəkəti üçün çəkilən COP29 zolaqlarından xüsusi taksilər də istifadə edə biləcək”, - deyə AYNA sədri əlavə edib.