Ölkədən çıxarılan 1500 illik əsər Türkiyəyə qaytarılıb

1 Noyabr 2024 23:04 (UTC+04:00)

Türkiyədən qaçaqmalçılıq yolu ilə çıxarılan 1500 illik əsərlər ölkəyə qaytarılıb.

SİA xəbər verir ki, IV-VI əsrlər arasında İstanbul, Balıkəsir və İzmitdə zərb edilən 7 sikkə və 1 qızıl medalyon İsveçrədə ələ keçirilib.

Cenevrə yaxınlığında keçirilən gömrük yoxlaması zamanı isə V-VII əsrlərə aid olduğu təxmin edilən lampa ələ keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin ekspertləri qeyri-qanuni yollarla xaricə çıxarılan əsərlərlə bağlı hesabat hazırlayıb.

Hazerlanan hesabatdan sonra İsveçrə səlahiyyətliləri Türkiyəyə 1 lampa, 7 sikkə və 1 qızıl medalyonu qaytarıb.

Tarixi əsərlər Türkiyənin İsveçrədəki səfirliyində keçirilən mərasimdə Mədəniyyət və Turizm Nazirliyi rəsmilərinə təhvil verilib.Bu əsərlərin noyabr ayında Türkiyəyə gətirilməsi gözlənilir. 2002-ci ildən bəri Türkiyəyə qaytarılan əsərlərin sayı 12,164-ə çatıb.