Ukrayna Müdafiə Nazirliyinin inspektoru vəzifəsini tərk edib

1 Noyabr 2024 18:35 (UTC+04:00)

...İqor Voronçenko Ukrayna Müdafiə Nazirliyinin baş inspektoru vəzifəsindən azad edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Ukrayinska Pravda” nəşri yazıb.

...Dəniz Qüvvələrinin keçmiş komandanı admiral İqor Voronçenko Ukrayna Müdafiə Nazirliyinin baş inspektoru vəzifəsindən azad edilib. Voronçenko 2024-cü il oktyabrın 31-də tutduğu vəzifədən azad edilərək müdafiə nazirinin sərəncamına verilib.

Məlumatda deyilir.

Onun işdən çıxarılmasının səbəbləri açıqlanmır.

Qeyd olunur ki, Voronçenko 2016-cı ilin iyulundan 2020-ci ilin iyununadək Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsində çalışıb, daha sonra nazirliyin baş inspektoru olub.

Oktyabrın 23-də Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemləri qoşunlarının komandanlığının qərargah rəisi Roman Qladki vəzifəsindən azad edilib.

Sentyabrın əvvəlində Ukrayna Baş Qərargahı bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski Rusiya ilə iddia edilən əlaqələrə görə Roman Qladkini vəzifəsindən kənarlaşdırıb.

Əli Babayev