Sudanda vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 852-yə yüksəlib. Sudan Səhiyyə Nazirliyinin yaydığı bəyanatda ölkədə vəbaya yoluxanların sayının 29,147-ə yüksəldiyi bildirilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, açıqlamada vəba səbəbindən ölənlərin sayının 852-yə yüksəldiyi qeyd olunub. İyun ayından bəri ölkədə yağan aramsız yağışların səbəb olduğu daşqınlar vəba xəstəliyinin yayılmasına şərait yaradıb. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) oktyabrın 1-də 3,4 milyon sudanlı uşağın epidemiya riski ilə üz-üzə olduğunu açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) oktyabrın 5-də yaydığı bəyanatda Sudana 1,4 milyon doza vəba əleyhinə peyvəndin göndərdiyini bildirilib.
Müharibənin davam etməsi və səhiyyə sisteminin qeyri-səmərəli işləməsi, epidemik xəstəliklərin yayılmasına şərait yaradır. Bu vəziyyət, Sudanda yaşayan insanların həyatına mənfi təsir edir.