50 nömrəli avtobusla bağlı şikayət öz həllini tapdı? - RƏSMİ AÇIQLAMA

1 Noyabr 2024 16:52 (UTC+04:00)

Ötən gün sosial şəbəkələrdə 50 nömrəli avtobus barədə şikayətlər yayılmışdı. Belə ki, şikayətçilər avtobusun işıqlarının yanmadığını tüstü buraxdığını və avtobusu bu vəziyyətdə hansı şirkətin reysə buraxacağını söyləyirdilər.

Mövzu ilə bağlı SİA-nın sorğusuna cavab olaraq “Vətən.AZ-Trans” MMC-nin nümayəndəsi Ərşad Qasımov məlumat verib.

Onun sözlərinə görə, sözügedən görüntülər bir neçə ay əvvələ aiddir: “Hazırda istismarda olan avtobuslarımız texniki cəhətdən sazdır və sərnişindaşıma fəaliyyəti həyata keçirmək üçün tam cavab verir. Avtobus parkında nəqliyyat vasitələrinə lazımı texniki xidmət göstərilir və xəttə çıxan avtobuslara gündəlik nəzarətdən keçirilir”.

Ayşən Vəli