İngiltərə klubunun səhmlərinin bir hissəsi satışa çıxarılıb

1 Noyabr 2024 13:25 (UTC+04:00)

İngiltərənin “Kristal Pelas” klubunun səhmlərinin bir hissəsi satılacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisinin sahiblərindən olan Con Tekstorun 45 faizlik səhmi satışa çıxarılıb. Artıq bununla bağlı üç iş adamı ilə danışıqlar gedir.

“Kristal Pelas” İngiltərə Premyer Liqasında 9 turdan sonra 6 xalla 17-ci sırada qərarlaşıb.