Ali Məhkəmənin hakimi təqaüdə göndərilib - FOTOLAR

1 Noyabr 2024 13:07 (UTC+04:00)

Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Əziz Seyidov təqaüdə göndərilib. Bu barədə SİA- ya qurumdan məlumat verilib.

Qeyd edilib ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əziz Seyidovun uzun illər prokurorluq orqanlarında və məhkəmədə səmərəli fəaliyyətindən danışaraq uğurlar arzu edib.

Ə.Seyidova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.