Bulvardakı gəzinti gəmiləri fəaliyyətə başladı

1 Noyabr 2024 11:57 (UTC+04:00)

Dənizkənarı Bulvar İdarəsinə məxsus gəzinti gəmiləri fəaliyyətə başlayır. SİA xəbər verir ki, bu gündən gəmilərlə gəzintiyə çıxmaq mümkün olacaq. “Mirvari”, “Şəfəq” və “Xəzri” gəzinti gəmilərinin telekommunikasiya vasitələrinin sazlığı yoxlanılıb.

Məlumat üçün bildirək ki, ötən aylarda “Mirvari” gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən təmir olunub.

Qeyd edək ki, “Mirvari” gəmisi 2013-cü ildə istifadəyə verilib. Üçmərtəbəli gəmi gəzintiyə çıxması üçün 650 nəfəri daşıya bilib. Gəminin iki mərtəbəsi qapalı, bir mərtəbəsi isə açıqdır. Türkiyə istehsalı olan iki mühərrikli gəminin eni 11 metr, uzunluğu isə 49,5 metrdir.

Xatırladaq ki, Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri bir müddətdir müvəqqəti olaraq işləmir. Belə ki, gəzinti gəmiləri dənizdə suyun səviyyəsinin enməsi ilə əlaqədar sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2022-ci ilin oktyabrından fəaliyyətini dayandırıb.