"Naftoqaz” ABŞ və Böyük Britaniyaya sorğu göndərib

31 Oktyabr 2024 22:16 (UTC+04:00)

"Naftoqaz” Rusiya dövlət əmlakının müsadirə edilməsi ilə bağlı ABŞ və Böyük Britaniyaya sorğu göndərib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Finlandiyanın “İlta-Sanomat” qəzetinə şirkətin nümayəndəsi Vladislava Smolinska bildirib.

Xatırladaq ki, Finlandiya Məhkəmə İcraçıları Xidməti daha əvvəl Rusiyaya məxsus 40-dan çox obyektlə bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib. İddialara görə, həbs edilən əmlakın qiyməti təxminən 38 milyon avrodur. Bu obyektlərin yarısı diplomatik daşınmaz əmlakdır və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına əsasən toxunulmazlığa malikdir.

Bunu Rusiyanın Helsinkidəki səfirliyi qeyd edib.

Əli Babayev