...Dövlət Dumasının Səhiyyə Mühafizəsi Komitəsinin rəhbəri Badma Başankaev Rusiyada ənənəvi tibblə məşğul olan insanların daxil olacağı xüsusi reyestr yaradılmasını təklif edib.
SİA bu barədə rus saytlarına istinad edir.
...Əgər reyestrə daxil olmusunuzsa, o zaman tibb sahəsində əlavə təhsiliniz olmalıdır. Və əgər bunlar yoxdursa, bu halda hüquq-mühafizə orqanları tərəfindən yoxlama üçün əsaslar var.
Ofisdə təhsil və müvafiq şərait olmadan invaziv prosedurları - iynələrdən tutmuş əl terapiyasına qədər - həyata keçirə bilməzsiniz.
Bunu Başankaev deyib və əlavə edib ki, Dövlət Duması hazırda tibbi bloqçuların, ənənəvi müalicəçilərin və dietoloqların fəaliyyətinin tənzimlənməsi məsələsini öyrənir. Onun sözlərinə görə, komitə ənənəvi təbabətin əleyhinə deyil, lakin bununla “məsuliyyətli şəxs” məşğul olmalıdır.
...May ayında Orenburq vilayətinin sakini təbii tibb klinikasında qəbuldan sonra ciddi xəsarətlər alıb. Boynu ağrıyaraq onu yerindən tərpətməkdə çətinlik çəkdiyi üçün kişi tibb müəssisəsinə müraciət edib. Orada bir mütəxəssis tibbi müayinədən keçmədən dartma seansı həyata keçirib və...
Nazlı Almuradova