Yunanıstan miqrantları dənizin ortasına tərk edib

31 Oktyabr 2024 20:56 (UTC+04:00)

Yunanıstan sahil mühafizəsinin dənizə buraxdığı qayığın içindəki qanunsuz miqrantları Türkiyə xilas edib.

SİA xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) verdiyi açıqlamada Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) ilə kəşfiyyat və müşahidə fəaliyyəti zamanı Yunanıstana aid sahil mühafizə qayığının Samos adasının şərqində qanunsuz miqrantları daşıyan bir qayığı buraxıb tərk etdiyi görüntülənib.

MSB-dən verilən açıqlamada qanunsuz miqrantların bölgəyə göndərilən Sahil Mühafizə Komandirliyinə aid qayıq tərəfindən xilas edildiyi qeyd edilib.