Goranboyda iki nəfər dəm qazından boğularaq ölüb

31 Oktyabr 2024 20:29 (UTC+04:00)

Goranboyda dəm qazından ölənlər var.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kəlbəcər rayon sakinləri, 1958-ci il təvəllüdlü Əkbərov Kamal Qurbanlı oğlu və həyat yoldaşı, 1960-cı il təvəllüdlü Əkbərova Ayidə Əli qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs hadisə yerində dünyasını dəyişib.