Ermənistanın baş naziri Nikol Paşinyan “erməni konyakı”nın olmadığını deyib və bu addan imtina etməyə çağırıb.
SİA xəbər verir ki, onun sözlərini “İnterfaks” agentliyi sitat gətirir.
...Biz konyakın Ermənistanda istehsal olunduğunu əsaslandırıb sübut edə bilməyəcəyik. Bununla bağlı bəyanatlar demək olardı ki, biz iqtisadiyyatımızı çıxılmaz vəziyyətə salırıq. Son yüz ildə, bəli, etiketlərdə “konyak” yazılıb, insanlar emosional əlaqə əldə ediblər, bu, bizim qavrayışımızın bir hissəsidir, lakin bu o demək deyil ki, biz bu istiqamətdə irəliləməkdə davam etməliyik və konyak yaratdığımızı deməliyik. Bu, mümkün deyil, - deyə hökumət başçısı vurğulayıb.
Eyni zamanda, Paşinyanın fikrincə, “Fransada istehsal olunan başqa konyakın qeyri-maddi dəyərini mənimsəmək ləyaqətsizdir”.
O, əmindir: “Əgər yeni ad tapa bilmirsənsə, o zaman “konyak” adı ətrafında nəsə düşünməlisən.
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan öz növbəsində qeyd edib ki, Avropa İttifaqında “erməni brendi”nin təşviqi üçün marketinq proqramı başlayıb.
Əli Babayev