...Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsinin Belqorod vilayətinin Dalnıy kəndi yaxınlığındakı tarlada işləyən kənd təsərrüfatı texnikasına endirdiyi zərbə bir fəhlənin ölümünə səbəb olub.
SİA xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram-da məlumat verib.
Onun sözlərinə görə, təcili yardım gələnə qədər kişinin ürəyi dayanıb.
Ölən kişinin həmkəndlisi isə qolundan və ayağından qəlpə yaraları ilə Voluysk Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. ...Bütün lazımi yardım göstərilib, sonrakı müalicə ambulator şəraitdə aparılacaq.
Bunu da Qladkov yazıb.
O, həmçinin xilas edilə bilməyən fəhlənin ailəsinə və yaxınlarına başsağlığı verib.
Bundan əvvəl Belqorod vilayətində iki müəssisə Ukrayna Silahlı Qüvvələri tərəfindən hücuma məruz qalıb.
Şebekinoda obyektlərdən birinin ərazisində iki avtomobil mərmi parçaları ilə vurulub, iki sexin dam örtüyü deşilib. Bundan əlavə, Nejeqol və Murom kəndləri Ukrayna tərəfdən atəşə tutulub.
Əli Babayev