"Sahil" metrosu qarşısında sıxlıq müşahidə olunur. Bu barədə SİA-nın "qayanar xətti"nə məlumat daxil olub.
Bildirilir ki, xüsusilə iş çıxışı saat altı-yeddi radələrində metro stansiyalarında və qatarlarında ciddi sıxlıq müşahidə olunur. Şagirdlər, tələbələr və işdən qayıdan vətəndaşların eyni zamanda metrodan istifadə etməsi gərgin vəziyyət yaradıb.
Metronun "Sahil" stansiyasında yaranmış sıxlığın görüntülərini təqdim edirik:
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov SİA-ya açıqlamasında bildirib ki, qatarlarla, xətlər və stansiyaların texniki vəziyyəti ilə bağlı texniki problem yoxdur: "Hər hansı problem olarsa, dərhal votsap qrupuna yazıram. Mövcud texniki imkanlar həddində əsas vəzifə stansiya platformasının ifrat yüklənməsinə yol verməməkdir. Çünki bu addımlar atılmasa, sərnişin və hərəkət təhlükəsizliyi təmin edilə bilməz".