Hava limanı COP29 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - FOTOLAR

31 Oktyabr 2024 17:20 (UTC+04:00)

Hava limanı COP29 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. SİA xəbər verir ki, bununla əlaqədar olaraq hava limanında media-tur təşkil olunub.
Gündəlik sərnişin dövriyyəsi 18-20 min arası olan hava limanının COP29 zamanı sərnişin dövriyyəsinin 25-27 minə çatacağı gözlənilir. Belə ki, sərnişinlərin rahatlığının təmin edilməsi üçün 12 ədəd self-check və 10 ədəd baggage drop-off terminalları quraşdırılıb. Həmçinin COP29 çərçivəsində əlavə 15 çarter reysi planlaşdırılıb: Luthantha, Polish, Airlines, FlyDubai, Flynas.
Eyni zamanda hava limanında uçuş-enmə zolağı əsaslı təmirdən sonra istifadəyə verilib, sürmə yolları təmir olunub və 3 yeni sürmə yolu inşa edilib.

Qeyd edək ki, hava limanında internet avadanlıqları yenilənib, daha sürətli və dayanıqlı bağlantı təmin olunub.