“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olunub

31 Oktyabr 2024 16:05 (UTC+04:00)

“Araz-Naxçıvan”ın futbolçusu Ramin Nəsirli bu gün əməliyyat olunub. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyədə özəl klinikaların birində ön çarpaz bağların qopması və menisk səbəbindən əməliyyat olunan yarımmüdafiəçi noyabrın 2-də Bakıya dönəcək.