1 514 protokol ləğv edilib

31 Oktyabr 2024 15:43 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda satınalan təşkilatlardan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 9 831 yekun protokol təhlil edilib. SİA bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunmuş 1 514 yekun protokol ləğv edilib.