Gələn il keçiriləcək buraxılış imtahanlarının tarixi ilin sonuna qədər elan olunacaq. SİA xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açılamasında deyib.
Məleykə Abbaszadə sözlərinə belə davam edib: “2025-2026-cı il buraxılış imtahanlarında 46 şəhid övladı iştirak edəcək. Şəhid övladları üçün sınaq imtahanları pulsuz keçiriləcək”.
Ayşən Vəli