“Sabah” basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.
SİA xəbər verir ki, G qrupunda mübarizə aparan Bakı təmsilçisi doğma meydanda Belçikanın "Spiru" klubunu qəbul edib. Bakı İdman Sarayında keçirilən görüş rəqibin 78:68 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında ilk matçda da belçikalılar 82:81 hesabı ilə qələbə qazanmışdılar.
Qeyd edək ki, Rimas Kurtinaytisin başçılıq etdiyi komanda daha əvvəl, həmçinin doğma meydanda "Marussi"yə (Yunanıstan) 70:82, "Norrçepinq Dolfins"ə (İsveç) isə 70:74 hesabı ilə məğlub olub.