Mbappenin işində yeni təfərrüatlar üzə çıxıb...

31 Oktyabr 2024 00:44 (UTC+04:00)

...Bu arada təcavüzdə şübhəli bilinən "Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

SİA xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb. Mənbənin sözlərinə görə, özünü Maya kimi təqdim edən partiya iştirakçılarından biri baş verənlərlə bağlı öz versiyasını danışıb. O, futbolçunun sakit, təvazökar və tərbiyəli insan təsiri bağışladığını bildirib.

Şahid Mbappenin ətrafının onu daim izlədiyini vurğulayıb. Qeyd edək ki, oktyabrın 15-də Mbappenin Stokholmdakı Bank Hoteldə zorlamada şübhəli bilindiyi məlum olub. Hadisə yerindən dəlil kimi geyim əşyalarının götürüldüyü dəqiqləşdirilib.

Deyilənlərə görə, oktyabrın 10-da Mbappe Stokholmdakı gecə klubunda görüntülənib. Bu zaman Fransa millisi Millətlər Liqasında İsraillə qarşılaşıb.

Əli Babayev