Zelenski deyib ki, Kursk AES-i ələ keçirmək planları yoxdur

30 Oktyabr 2024 21:29 (UTC+04:00)

...Vladimir Zelenski sosial şəbəkələrdə Ukraynanın Kursk AES-i ələ keçirmək niyyətində olmadığını bildirib.

SİA xəbər verir ki, bu barədə RBC yazır.

Bundan əvvəl Rusiya rəsmiləri Ukraynanın atom elektrik stansiyaları üçün təhlükəsizlik standartlarına məhəl qoymadığını, Zaporojye və Kursk AES yaxınlığında hücumları getdikcə artırdığını və təxribatları davam etdirdiyini bildirmişdilər.

...Rusiya özünü çox güclü hesab edir, lakin biz onların atom elektrik stansiyasını ələ keçirmək istəsəydik, bunu edərdik. Biz bunu edə bilərdik, amma bunu heç vaxt istəmədik, - deyə Zelenski izah edib.

Ukrayna lideri qeyd edib ki, Ukrayna Rusiyanın kritik infrastrukturunu ələ keçirmir.

Bundan əvvəl Zelenski Danimarka, İslandiya, Norveç, Finlandiya və İsveçlə danışıqlar apardığını bildirib. O, aydınlaşdırıb ki, tərəfdaşlar Ukrayna Silahlı Qüvvələrini əlavə hava hücumundan müdafiə sistemləri ilə təchiz edəcəklərini vəd ediblər.

Əli Babayev