Azərbaycan ilə Gürcüstan arasında güclü qardaşlıq və dostluq əlaqələri var. “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən və digər siyasi şəxslərdən təbriklər aldıq. Bu, bizim dostluğumuzun bariz nümunəsidir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Gürcüstan Parlamenti yeni tərkibdə fəaliyyətə başlayacaq. Bundan sonra da hər iki ölkə arasında bu günədək qorunub saxlanan sıx dostluq və qardaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edəcək, daha da möhkəmlənəcək.