Bakı Kənar Dairəvi yolunda uçqun təhlükəsi aradan qaldırılıb

30 Oktyabr 2024 19:56 (UTC+04:00)

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində uçqun riski olan qaya parçaları ərazidən götürülərək, yaranmış təhlükə aradan qaldırılıb və avtomobil yolunda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti bərpa olunub.