Hərbi attaşelər Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olublar

30 Oktyabr 2024 19:10 (UTC+04:00)

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyindən bildirilib ki, tədbirdə 12 ölkədən 15 hərbi attaşelik aparatının nümayəndəsi iştirak edib. Ziyarətçilər üçün brifinq təşkil olunub. Brifinqdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tarixi, cari fəaliyyət istiqamətləri, əməkdaşlıq sahələri və perspektiv planları barədə məlumat verilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Sonda qonaqlar limanın ərazisindəki infrastruktur və obyektlərlə tanış olublar.