Oktyabrın 28-29-da Türkiyədə qolf üzrə "Zəfər" beynəlxalq turniri təşkil olunub.
SİA xəbər verir ki, Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Qarabağ Zəfərinə həsr edilmiş və ötən il Bakıda keçirilmiş yarış bu dəfə İstanbulda baş tutub. 2 gün davam edən turnirdə Azərbaycan və Türkiyədən ümumilikdə 56 qolfçu mübarizə aparıb.
Turnirin bütün kateqoriyalar üzrə qalibi Rəcəb Turan (Türkiyə) olub. A kateqoriyasında Türkiyə qolfçuları fərqləniblər: Çingiz Şahin, Kamal Vəli və Rəcəb Turan müvafiq olaraq ilk 3 yeri tutublar. B kateqoriyasında Süleyman Abay (Türkiyə) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Regina Bədəlbəyeva (Azərbaycan) yarışı ikinci, Xeyrəddin Cabbarov (Azərbaycan) isə üçüncü pillədə başa vurublar.