...Deməli, bir müddət bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov çinli professor Dina Çanfanın rus gəlinlərini Səma İmperiyasına (...bu Çin termini bütün dünyaya və sonrakı ərazilərə aid edilir-A.B.) cəlb etmək ideyasını tənqid edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 2020-ci ilin siyahıyaalınması, hazırda Çində kişilərin sayının qadınlardan 34,9 milyon çox olduğunu göstərib.
...Və Syamen Universitetinin İqtisadiyyat fakültəsinin dosenti Dina Çanqfa ölkədə gəlin qıtlığı problemini rus qadınları hesabına həll etməyi təklif edib.
...“South China Morning Post” yazır ki, alim Çindəki kişilərə Rusiya, eləcə də Kamboca, Vyetnam və Banqladeş nümayəndələri ilə evlənməyi, dövlətə isə bu cür evlilikləri dəstəkləməyi tövsiyə edib.
Bu təklifə cavab verən Milonov vurğulayıb ki, rus qadınları çinli alimin bəhs etdiyi “rahat arvadlar” obrazına uyğun gəlmir. Deputatın sözlərinə görə, rus qadınları gələcək həyat yoldaşları ilə dərin emosional və mədəni əlaqələr yaratmağa eləcə də əhəmiyyətli maddi iddialar irəli sürməyə çalışırlar. ...Maraqlıdır ki, son vaxtlar bütün dünyada, o cümlədən Rusiyada şəhvətli melodramlarla zəngin Cənubi Koreya və Çin seriallarında bum müşahidə olunur. Bu baxımdan, artıq ekzotik kimi qəbul edilməyən Asiya ölkələrinin mədəniyyətinə və həyat tərzinə maraq artır.
Yeri gəlmişkən, bundan əvvəl Çinin Rusiyanın Uzaq Şərq şəhərlərinin adını rəsmən Çinli adlandırdığı bildirilmişdi.
Əli Babayev