Su həyata bərabərdir: insan gündə nə qədər maye qəbul etməlidir

30 Oktyabr 2024 23:44 (UTC+04:00)

...İnsan 24 saat ərzində 2,5 litr su içməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə NEWS.ru-ya terapevt Yana Şmeleva bildirib.

Həkim etdib ki, yetkin orqanizm 60-65 faiz sudan ibarətdir. Buna görə də, bədənin sabit işləməsi üçün gündə ən azı 2,5 litr istehlak etmək lazımdır.

...Su oynaqlar üçün vacibdir. Onlarda ağrıları azaldır və onları aşınmadan qoruyur. Su çatışmazlığı zehni qabiliyyətlərin azalmasına səbəb ola bilər. Həmçinin, su çatışmazlığı səbəbindən qan qatılaşır və ürək onu vurmağa yaxşı dözmür.

Bunu da Şmeleva bildirib.

Bundan əlavə, terapevtin fikrincə, bədəndə maye çatışmazlığı həzm sisteminin pozulmasına səbəb ola bilər.

Həmçinin, su yeni qan hüceyrələrinin qurulmasında və toxumalarda mineralların həllində iştirak edir.

Ekspert qeyd edib ki, Yer kürəsində insanların yarısı lazımi miqdarda içki içmir. Bunun səbəbi istehlak üçün uyğun suyun olmaması deyil, insanın öz bədəninə diqqətsiz münasibətidir.

Nazlı Almuradova